Haqqımda
Mən Albert, iki ildən artıqdır ki, back-end proqramlaşdırma sahəsində çalışıram. Bu müddət ərzində PHP və C# dillərində, Laravel, CodeIgniter 3 və .NET MVC frameworklarında peşəkar səviyyədə işləyərək bir sıra korporativ və kommersiya yönümlü layihələrdə iştirak etmişəm.
Təcrübəmə ERP sistemlərinin hazırlanması və inteqrasiyası da daxildir. Müxtəlif müəssisələrin daxili iş proseslərini avtomatlaşdırmaq və idarəetməni asanlaşdırmaq məqsədilə hazırlanan bu sistemlər üzərində işləyərək həm analitik düşüncəmi, həm də kompleks arxitekturaya yanaşma bacarığımı inkişaf etdirmişəm.
Eyni zamanda, TicarX kimi ticarət və satış yönümlü platformalarda çalışaraq e-ticarət sahəsində də praktiki biliklər qazanmışam. Burada məhsul idarəetməsi, sifariş prosesləri, ödəniş sistemləri və digər əsas funksionallıqlar üzərində çalışmışam.
Bundan əlavə, şəxsi təşəbbüsümlə “Jobing.az” adlı layihəni sıfırdan hazırlamışam. Bu layihənin həm front,, həm də back-end hissəsini özüm tərtib etmişəm ki, bu da mənə geniş full-stack bacarıqları qazandırıb.
Təcrübə
Dekabr 2024 – May 2025
Full Stack Developer
The Projects of Azerbaijan
=> Projects of Azerbaijan layihələri üçün istifadə olunan texnologiyalar:
* Laravel 11 və Filament ilə backend inkişafı.
* MySQL verilənlər bazalarının idarə olunması.
* Tailwind CSS istifadə edilərək responsiv dizaynların hazırlanması.
* cPanel vasitəsilə server idarəetməsi.
* WiseCP panelinə ilə üçüncü tərəf ödəmə sistemləri üçün modulların yazılması
=> Ticarx layihəsi üçün istifadə olunan texnologiyalar:
* Laravel 10 ilə backend inkişafı.
* MySQL verilənlər bazasının idarə olunması.
* PHP və jQuery ilə dinamik veb tətbiqlərin yaradılması.
* Üçüncü tərəf ödəmə sistemlərinin inteqrasiyası.
* Cron işlərinin qurulması və idarə olunması.
* cPanel vasitəsilə server və hosting idarəetməsi.
Avqust 2023 – Davam edirəm
Full Stack Developer (Self Employed)
Jobing.az
*Express.js ilə layihənin inkişaf edilməsi.
* MongoDb verilənlər bazasının idarə edilməsi.
* Tailwind CSS istifadə edilərək responsiv dizaynların hazırlanması.
* Axios ilə dinamik istifadəçi interfeyslərinin hazırlanması.
* RESTFUL API-lərin dizaynı, inkişafı və inteqrasiyası.
* Web Scarping üçün funksiyaların yazılması və optimallaşdırılması
* Home serverin qurulması.
Noyabr 2023 – Dekabr 2024
Backend Developer (PHP - Codeigniter 3)
Ishesabi MMC
* PHP və CodeIgniter 3 ilə veb tətbiqlərin inkişafı və dəstəklənməsi.
* MySql verilənlər bazalarının idarə edilməsi və mürəkkəb sorğuların optimallaşdırılması.
* AJAX ilə dinamik istifadəçi interfeyslərinin hazırlanması.
* RESTFUL API-lərin dizaynı, inkişafı və inteqrasiyası.
* Yeni funksiyaların planlaşdırılması, yazılması və optimallaşdırılması
* Debugging və texniki problemlərin effektiv həlli.
Iyul 2023 – Noyabr 2023
Backend Developer (PHP - Codeigniter 3)
Flup MMC
* PHP və CodeIgniter 3 istifadə edərək veb tətbiqlərin hazırlanması və dəstəklənməsi.
* Backend məntiqinin qurulması və verilənlər bazası ilə inteqrasiya.
* Yeni funksiyaların hazırlanmasında inkişaf komandası ilə əməkdaşlıq.
* RESTFUL API-lərin hazırlanması və tətbiqi.
* Texniki problemlərin aşkarlanması və dəstək göstərilməsi.
* Git və GitHub-dan istifadə.
Fevral 2022 – Yanvar 2023
Garanty Service
* Telefonların təmiri və diaqnostikası
* Proqram təminatının yenilənməsi və dəyişikliklərin həyata keçirilməsi.